Xalçaçı-rəssam Fazil Abasquluzadə – FOTO/VIDEOPosted by on


Dünya mədəniyyətinə əvəzsiz töhvələr vermiş Azərbaycan xalçaçılıq sənəti bu gün də yaşayır, inkişaf edir və nəsildən-nəsilə ötürülür.

Bu gün, xalçaçılq sənətini yaşadanlardan biri də, görkəmli xalça ustası Lətif Kərimovdan dərs almış xalçaçı-rəssam Fazil Abasquluzadədir.

Xalçaçı-rəssam Quba və Şirvan xalçaçılıq məktəbinin ənənələrini davam etdirir. Əsərlərində milli klassika, folklor üslubuna daha çox diqqət yetirir.

Fazil Qənimət oğlu Abasquluzadə 29 sentyabr 1961-ci ildə Qubadlı rayonunun Cılfır kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitununun məzunudur. İnstitun bədii qrafika üzrə fakultəsini bitirib. 1984-cü ildə dövlət təyinatı əsasında İsmayıllı rayonunda müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1986-1993-cı illər ərzində Fazil müəllim burada müxtəlif vəzifələrdə çalışır. I Qarabağ müharibəsinin iştirakçısıdır.

O, hələ uşaqkən  Qubadlı rayonunda Qarabağ xalçalarının toxunma prosesini yaxından izləmiş və bu sənətə maraq göstərmşidir. İsmayıllıda yaşadığı dövr ərzində Lahıc xalçaçılıq məktəbinin sirlərini öyrənərək bu sənətə sevgi ilə bağlanır.

Artıq 30 ildən artıqdır ki, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Rəssamlar fondunun üzvi, Əməkdar Mədəniyyət İşçisi, xalçaçı-rəssam Fazil Abdullazadə bu sənətlə məşğuldur.

O, hal-hazırda Sumqayıt şəhərində yerləşən öz kiçik emlatxanasında fəaliyyət göstərir.

Bu kiçik məkanda ərsiyə gələn sənət əsərləri bu gün, dünyanın 25-dən artıq müzeyində yer alır və şəxsi kolleksiyaları bəzəyir.

Onun dahi Nizami Gəncəviyə həsr etdiyi süjetli bədii-tematik əsəri ABŞ-da Karolina Universiteti muzeyinin fondunda saxlanılır.

Fazil Abasquluzadənin toxuduğu xalçalar ayrı-ayrı zaman kəsiyində Ulu öndər Heydər Əliyevin vasitəsilə ABŞ-ın, Türkiyənin, Gürcüstanın, Ukraynanın sabiq prezidentləri Bil Klintona, Süleyman Dəmirələ, Eduard Şevardnadzeyə, Leonid Kuçmaya hədiyyə edilmişdir.

O, SSRİ xalq rəssamı Tahir Salahovun 50-dən çox rəsm əsərlərini xalçalara köçürmüşdür. Həmin əsərlər Almaniyada, Fransada, Rusiyada, Portuqaliyada, İtaliyada və bir çox başqa ölkələrin sərgi salonlarında nümayiş etdirilmişdir.

Fazil Abasquluzadə dəfələrlə respublika və beynəlxalq sərgilərdə iştirak edib. 

 

Fikrət Qabiloğlu

359 Baxış

İncəsənət

Comments are disabled.