“TƏRƏQQİ” medallı Sevda Qədirli – FOTOPosted by on


Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər.

Cələcəkdə cəmiyyətimizin tam hüquqlu üzvlərini yetişdirmək üçün hər bir şagirdin ümumi inkişafı, maraq və meyilləri nəzərə alınmaqla onun təhsili, tərbiyyəsi və inkişafı üçün optimal şərait yaradılımalıdır.

Şagirdin məntiqi düşünmə, tənqidi yanaşma, müstəqil olaraq qərar çıxarma, ətraf aləmə yaradıcı yanaşma, biliklərin müstəqil əldə etmək kimi bacarıqların aşılanması, ümumtəhsil sistemində qarşıya qoyulan əsas məsələlərdəndir. Bu yolda inamla addımlayan şagirdlərin yaradıcı imkanlarını aşkara çıxarıb inkişaf etdirməyə can atan, müxtəlif yeni metod və texnalogiyalardan bacarıqla istifadə edən, dərslərini fəal interaktiv təlim üsulları ilə quran müəllimlərimiz az deyil.

Yuxarıda sadalanan bacarıqları şagirdlərə aşılamaq üçün müəllimlərdən səbr və pedaqoji ustalıq tələb olunur.

Öz işinə məsuliyyətlə yanaşan, dərslərini bir-birindən maraqlı quran və fənnini şagirdlərə sevdirməyi bacaran müəllimlərdən biri də, Lənkəran şəhər 3 N-li tam orta məktəbin kimya-biologiya müəllimi Sevda Qədirlidir.

Qədirli Sevda Həzrətqulu qızı, 07 fevral 1964-cü ildə Lənkəran şəhərində anadan olub.

1970-ci lidə 6 N-li səkkizillik məktəbin I sinfinə getmiş və 1980-ci ildə 3 N-li orta məktəbi əla qiymətlərlə bitirmişdir.

1981-1986-cı illərdə M.Kirov adına (indiki BDU) Azərbaycan Dövlət Universitetində biologiya fakultəsinə daxil olub və bitirib.

1987-ci ildə Lənkəran şəhər 3 N-li orta məktəbdə biologiya-kimya müəllimi kimi çalışır. İşlədiyi müddət ərzində məktəbdaxili, rayon və eləcədə respublika səviyyəsində keçirilən tədbirlərdə fəal iştirak edib. 1989, 1995-ci illərdə təkminləsdirmə və ixtisasartırma kurslarında ixtisası üzrə təlimlərdə olub.

2002-ci ildə “Təhsilin humanistləşdirilməsi yeni pedaqoji təfəkkürün təzahürüdür” rayon və “Müasir təlim metodlarından istifadə təhsilin keyfiyyətinin yüksəldilməsinin mühüm şərti kimi” mövzusunda  XXIV respublika pedaqoji mühazirələrində I və III yerlərin qalibi olmuş və nazirliyin müvafiq diplomu ilə təltif olunmuşdur.

2003-2004 -cü illərdə Təhsil Nazirliyinin göstərişilə Azərbaycan Müəllimlər İnsitutunda “Öyrədənlərin öyrədilməsi” proqramı üzrə kurslarının dinləyici olub.

2004-2007-ci illərdə “İKT-nin təhsildə tətbiqi üzrə Müəllimlərin Peşəkarlıq səviyyəsinin Təkminləşdirilməsi” təliminin “İntel” və “Mədəd” kurslarını bitirib.

2008-ci ildə Azərbaycan Respublikası fənn Olimpiadalarında, biologiya fənnini tədris etdiyi X sinif şagirdi Abdullayeva İlhamə (hal-hazırda ATU-nun müdavimi-həkimdir) Respublika üzrə II yeri tutmuşdur.

2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisasartırma təhsili haqqında biologiya fənnindən, 2014-cü ildən də kimya fənni üzrə kurslarda təlim keçmiş və sertifikatlar almışdır.

2014-cü ildə Təhsil Nazirliyi nəzdində Respublika Ekoloji Tərbiyyə və Təcrübəçilik Mərkəzinin (RETTM) keçirdiyi Respublika müsabiqəsində şagirdi, X sinif şagirdi Aytac Axundzadə “Meşələri qoruyaq” başlığı altında “Lənkəranın florası və endem bitkiləri” mövzusu üzrə III yerə layiq görülmüşdür.

2015-ci ildə “Tusi” media mükafatına layiq görülmüşdür.

2016-cı ildə “Ekoerudit” məktəblilərin ekoloji maarifləndirilməsi üzrə breyn-rinq bilik yarışmasının zona mərhələsində, rəhbərlik etdiyi komanda III yer tutmuşdur.

2016-cı ildə “Promethan” interaktiv lövhələrdən istifadə üzrə təlim kursunu bitirmiş və sertifikat almışdır.

2017-ci ildə  kimya fənni, 2018-ci ildə biologiya fənni üzrə Respublika Müəllimlərinin Diaqnostik Qiymətləndirilməsi imtahanlarını uğurla başa vurmuşdur.

Azərbycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 521 N-li Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif olunmuşdur.

28 noyabr 2018-ci ildə Azərbaycan Müəllimlərinin XV Qurultayına nümayəndə seçilib. Qurultayda Təhsil naziri Ceyhun Bayramov “TƏRƏQQİ” medalını Qədirli Sevda Həzrətqulu qızına təqdim edib.

Dövlət İmtahan Mərkəzi Lənkəran şöbəsində nəzarətçi müəllim kimi fəaliyyət göstərir.

Ailəlidir. Bir övladı var.

Sevda müəllimə öz fənnini şagirdlərə sevdirməklə yanaşı, məktəbin ictimai işlərində də daim fəallıq göstərir. O, təkcə dərslərlə kifayyətlənmir, sinifdənxaric və məktəbdənkənar tədbirlərin imkanlarından da istifadə edir. Tez-tez şagirdlər arasında bilik yarışması, müsabiqələr, gecələr, dəyirmi masalar keçirir.

Onun dərs dediyi siniflərdə həmişə yüksək təlim nəticələri, nümunəvi nizam-intizam, ideal müəllim-şagird münasibəti diqqəti cəlb edir.

30 ildən artıq iş təcrübəsi olan Sevda müəllimə bilik və bacarığını şagirdlərə mənimsətməklə bərabər gənc müəllimlərdən də köməyini əsirgəmir.

 

 

 

 

 

 

 

 

 

 

298 Baxış

Təhsil

Comments are disabled.