“SMERŞ”in sifarişli qətli, Abo kim idi? – VİDEOPosted by on


1941-1945-ci illər Böyük Vətən Müharibəsində Azərbaycanın hər beş sakinindən biri döyüşüb. 3,4 milyonluq (1941-ci il) əhalidən 681 min nəfəri (onlardan 10 mindən çoxu qadındır) cəbhəyə gedib. Onlardan 250 min nəfəri həlak olub. 400 mindən çox əsgər və zabit döyüş ordeni və medalı ilə təltif edilib, 14 nəfər Şöhrət ordeni kavaleri, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Azərbaycanlılar Almaniya tərəfdə də müstəqil Azərbaycan dövlət yaranması uğrunda döyüşüblər. Müharibə illərində siyasi mühacirlər Azərbaycan Milli Komitəsini yaradıblar, komitə almanlar Qafqazı ələ keçirdikdən sonra ölkəyə rəhbərlik edəcəkdi.

İlk Azərbaycan legionu 1941-ci ildə Qafqaz Müsəlman legionu adı ilə yaradılmış, 1942-ci ildə adı dəyişdirilərək Azərbaycan (Azerbajdzansche)  legionu qoyulmuşdur. Əvvəllər mühacirlərdən (azərbaycanlılardan) ibarət Azərbaycan legionuna sonradan azərbaycanlı əsirlər də daxil olmağa başlamışlar.

Əbdürrəhman (Abo) Fətəlibəyli-Düdənginski (1908-1954) Аzərbаycаn lеgiоnunun bаşçısı təyin olunur.

Azərbaycan legionu 2 polkdan, 20 batalyondan və digər dəstələrdən ibarət idi.

Təkcə Qafqaz cəbhəsində 4,500 azərbaycanlı əsgərdən ibarət 5 batalyon döyüşmüşdür. Onlar öz  şücaəti və əzmkarlığı ilə həmişə bütün legionlardan fərqlənmişlər.

Məsələn, “Aslan”, “Berqman”(Dağlı), “Donmek”  batalyonları bütün xarici hissələrlə müqayisədə daha çox sayda əsgərinin müxtəlif döyüş “xidmətlərinə” görə təltif edilməsi ilə seçilib. 

Ümumilikdə Azərbaycan legionlarının tərkibində 38 min Azərbaycan əsgəri və zabiti döyüşüb. 

Azərbaycan legionunun əsas bazaları Polşa və Almaniya ərazilərində yerləşirdi. Sonralar isə legion Polşanın Rodom məntəqəsindən Fransanın cənubunda yerləşən Rodes şəhərinə köçürülmüşdür.

1944-cü ildə Azərbaycan legionerlərindən Ə. Fətəlibəylinin, İ.İsrafilovun, R.Babayevin, T.Məmməd və Ə.Qazıyevin fəallığı ilə “İrtibat Qərargahı”nın (Ferbindunqştabın) Paris filialı yaradılmışdır. Paris filialına Nuşi bəy Zülqədərov, Rza Tağıyev və Əlibəy Hacınski daxil oldular.

1944-cü ildə Parisin almanlardan azad edilməsindən sonra Paris filialı da buraxıldı. Azərbaycan legionunun bir hissəsi məhv edildi, bir hissəsi isə ingilis-amerikan qoşunlarına təslim oldu.

302 Baxış

Unutmadıq

Comments are disabled.