Şaiq Məmmədov: Bizim buta, dəhrəburnu, tovuzquşu və s. milli ornament nümunələrimiz var – FOTOPosted by on


Uzun illər ərzində pedaqoji fəaliyyətini bədii yaradıcılıqla əlaqəli davam etdirən Şaiq Məmmədov bu gün respublikamızda təsviri sənət üzrə təcrübəli pedaqoq və metalişləmə üzrə görkəmli sənətkar kimi tanınır. Yaradıcılığa ötən əsrin səksəninci illərindən başlayan pedaqoq-rəssam xalq yaradıcılığının ən çətin növülərindən sayılan metalişləmə sahəsində qədim milli sənət ənənələrimizin inkişafına xidmət edən çox saylı əsərlər yaratmışdır. Onun müxtəlif funksiyalı əsərlərində ənənə ilə müasirliyin vəhdətinin əldə olunmasının nəticəsidir ki, həmin əl işləri müxtəlif miqyaslı beynəlxalq və yerli sərgilərdə uğurla nümaiş etdirilmiş, Azərbaycan incəsənətinə başucalığı gətirmişdir.

Respublikanın əməkdar rəssamı, Gəncə Dövlət Universitetinin təsviri incəsənət kafedrasının professoru, pedaqogika üzrə fəlsəfə doktoru Şaiq Murtuzəli oğlu Məmmədov

29.05.1956-cı ildə Tovuz rayonun Samanlıq kəndində (indiki Gədəbəy rayonuna aiddir) anadan olmuşdur.

1973-cü ildə Gədəbəy rayonunun Samanlıq kənd orta məktəbini tərifnamə ilə bitirmişdir.

05.07.1978-ci ildə indiki ADPU-nun “Təsviri incəsənət, rəsmxət və əmək təlimi” ixtisasını bitirmişdir.

25.08.1978-ci ildə təyinatla M.Gəncəvi adına Gəncə pedaqoji məktəbinə müəllim göndərilmişdir.

13.01.1989-cu ildə müsabiqə yolu ilə Gəncə Dövlət Universitetinə müəllim seçilmişdir.

1993-cü ildə “Azərbaycan folkloru” müsabiqə sərgisində həvəsləndirici diploma layiq görülmüşdür.

18.05.1995-ci ildə Bakı şəhərində fərdi yaradıcılıq sərgisi açılmışdır.

29.02.1996-cı ildə “Xalq sənəti və özünüməşğulluq” I sərgi-yarmarkanın qalibi olmuşdur.

11.06.1996-cı ildə Gəncə şəhərində fərdi yaradıcılıq səngisi açılmışdır.

08.08.1997-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv seçilmişdir.

20.10.1997-ci ildə Pedaqoji elmlər namizədi alimlik dərəcəsi verilmişdir.

29.07.1998-ci ildə “Xalq yaradıcılığı – milli sərvətdir” I Respublika baxış-müsabiqəsinin III dərəcəli diplomu və laureat adı ilə təltif edilmişdir.

10.09.1998-ci ildə Xalq sənətinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə Gəncə şəhər Mədəniyyət İdarəsinin “Fəxri fərman”ı ilə təltif edilmişdir.

11.11.1999-cu ildə “Xalq yaradıcılığı-milli sərvətdir” II Respublika baxış-müsabiqəsinin III dərəcəli diplomuna layiq görülmüşdür.

1999-cu ildə xalq sənətinin inkişafındakı xidmətlərinə görə Gəncə şəhər İcra Aparatının “Fəxri fərman”ı ilə təltif edilmişdir.

18.02.1999-cu ildə GDU-nun “Təsviri incəsənət” kafedrasına dosent seçilmişdir.

11.06.2002-ci ildə Gəncə şəhərində fərdi yaradıcılıq sərgisi açılmışdır.

10.06.2003-cü ildə Gəncə şəhərində fərdi yaradıcılıq sərgisi açılmışdır.

28.12.2005-ci ildə Gəncə şəhərində “Xalq Sənətkarlarının Yaradıcılıq Mərkəzi” İctimai Birliyini yaratmışdır.

28.05.2004-cü ildə səmərəli elmi, fəal ictimai fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Regional Elmi Mərkəzinin “Fəxri fərman”ı ilə təltif edilmişdir.

19.05.2005-ci ildə Azərbaycan Respublikasının prezidenti İlhm Əliyev cənablarının Gəncə səfərinə həsr olunmuş yaradıcılıq sərgisi açılmışdır.

20.09.2006-cı ildə Gəncə şəhərində şəhər günlərinə həsr olunmuş yaradıcılıq sərgisi açılmışdır.

19.09.2007-ci ildə Azərbaycan Respublikasının prezidenti İlhm Əliyev cənablarının sərəncamı ilə xalq sənətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar rəssam” fəxri adı verilmişdir.

08.11.2007-ci ildə Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gülün Gəncə səfərinə həsr olunmuş yaradıcılıq sərgisi açılmışdır.

25.07.2008-ci ildə “Həvəskar rəssamların və tətbiqi sənət ustalarının əl işlərinin zonalar üzrə baxış müsabiqəsi”ndə “Fəxri fərman”la təltif edilmişdir.

08.04.2009-cu ildə Gəncə Dövlət Universitetinin inkişafındakı xüsusi xidmətlərinə görə Universitetin “Xatirə medalı” ilə təltif edilmişdir.

27.10.2009-cu ildə “Həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının işlərində islami dəyərlər” adlı zona sərgisində “Fəxri fərman”la təltif edilmişdir».

13.11.2009-cu ildə “Həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının işlərində islami dəyərlər” adlı Respublika sərgisində II dərəcəli diplomla təltif edilmişdir.

20.03.2010-cu ildə Bakı şəhərində möhtərəm prezidentimiz İlham Əliyev cənablarının da iştirak etdiyi “Novruz- 2010” şənliklərində əl işlərindən ibarət sərgi ilə iştirak etmişdir.

24.06.2010-cu ildə GDU-nin “Təsviri incəsənət” kafedrasına professor əvəzi seçilmişdir.

26.07.2010-cu ildə Dekorativ-tətbiqi sənət üzrə III ümumrespublika festivalında “Fəxri fərman”la təltif olunmuşdur.

24.12.2010-cu ildə Moskva şəhərində “Dünya azərbaycanlılarının Həmrəylik günü”nə həsr olunmuş sərgidə əsərləri ilə iştirak etmişdir.

19.03.2011-ci ildə Bakı şəhərində möhtərəm prezidentimiz İlham Əliyev cənablarının da iştirak etdiyi “Novruz- 2011” şənliklərində əl işlərindən ibarət sərgi ilə iştirak etmişdir.

02.07.2011-ci ildə İran İslam Respublikasının Parlament rəhbərinin Gəncə şəhərinə səfərinə həsr olunmuş yaradıcılıq sərgisi açılmışdır.

29-30.07.2011-ci il Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi münasibəti ilə həvəskar rəssamların və xalq tətbiqi-sənət ustalarının əl işlərindən ibarət sərgidə mükafat və “Fəxri fərman”a layiq görülmüşdür.

05.10.2011-ci ildə İran İslam Respublikasının Mədəniyyət Nazirinin Gəncə şəhərinə səfərinə həsr olunmuş yaradıcılıq sərgisi açılmışdır.

19.03.2012-ci ildə Bakı şəhərində möhtərəm prezidentimiz İlham Əliyev cənablarının da iştirak etdiyi “Novruz- 2012” şənliklərində əl işlərindən ibarət sərgi ilə iştirak etmişdir.

06.04.2012-ci ildə Gəncə şəhərində keçirilən II Respublika Dekorativ-tətbiqi sənət festivalında iştirak edərək “Fəxri fərman”la təltif olunmuşdur.

70-dən çox müxtəlif səviyyəli sərgilərin, sərgi-yarmarkaların və müsabiqə sərgilərinin iştirakçısıdır. Bir dərs vəsaiti, bir metodik göstəriş, bir metodik vəsait, üç metodik tövsiyə, üç fənn proqramı, bir monoqrafiya, doqquz tezis, iyirmi səkkiz elmi məqalənin, iki açıqca dəstinin və iki tərbiyəvi hekayənin müəllifidir.

Yaradıcılığı haqqında 110-dan çox qəzet, jurnal və kitab məqalələri çap olunmuş, 40-a qədər televiziya verlişi efirə getmişdir.

Şaiq müəllimin 60 illik yubleyi münasibətilə əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin onun həyat yolu, bədii yaradıcılığı barədə  “Sənətkar ömrü” kitabı çapdan çıxmışdır.

Hazırda Gəncə Dövlət Universitetinin “Təsviri incəsənət” kafedrasının professordur.

Yaratdığı sənət əsərləri müzeylərdə və şəxsi kolleksiyalarda yer almış, Şaiq Məmmədov metalişləmə sənətinin növləri, işlətdiyi materiallar, yaratdığı sənət əsərlərinin milliliyi və cavanların bu sənətə gəlməsi barəsində deyir:“Azərbaycanda bədii metalişləmə sənəti əsas 4 növ üzrə inkişaf edib. Bunlar, misgərlik, dəmirçilik, silahsazlıq və zərgərlikdir. Sonradan dəmirçiliyin tərkibində nalbəndlik o qədər yayılıb ki, ayrıca sənət kimi formalaşıb. Eyni zamanda zərgərliyində tərkibində gümüşbəndlik ayrıca bir sənət kimi formalaşıb.

Əsasən əlvan metallardan, gümüşdən, qızıldan, misdən, latundan və s. materiallardan istifadə edirəm. Və bunlarda xam mal şəkilində olur. Onları əritmək, emal etmək, sim şəklinə salmaq üçün müəyyən prosseslərdən keçir.

Bizim buta, dəhrəburnu, tovuzquşu və s. milli ornament nümunələrimiz var. Bunları qoyub başqa ölkələrin ornamentlərindən istifadə edirsənsə bu artıq millilikdən çıxır. Sənət əsəridə belədir ki, ilk növbədə milli olsun. Və milliliyin əsasında bəşəriliyə doğru istiqamət götürəsən ki, o sənət əsəri olsun.

Bir az qiymətli metalları əldə etmək baxımından. Qızılı, gümüşü əldə etmək etmək üçün müəyyən vəsait lazımdır. Eyni zamanda  onların emalı üçün dəzgahlar və ərsiyyə gəlməyi. Gərək gənclərimiz çətinliklərdən qorxmasınlar”.

Şaiq Məmmədov 2007-ci ildə, 1063-cü ildə İbrahim Osmanoğlu tərəfindən hazırlanmış qədim Gəncə darvazasının surətinin tarixi yerinə bərpa edilməsi işində yaxından iştirak etmişdir. O, bu məqsədlə darvazanın 1139-cu ildə gürcü çarı I Dmitri tərəfindən oğurlanaraq aparıldığı Kutaisi şəhərinin Gelati monastrında olmuş və Gəncənin rəmzlərindən sayılan bu mənəviyyat qaynağının salamat qalmış bir tayının ölçülərini götürmüşdür. Bundan sonra onun rəhbərliyi ilə Gəncə darvazasının əvvəlkinə bənzər surəti hazırlanmış və kərpic hörgüdə yerini almışdır.

Rejissor R.Almuradlının lentə aldığı “Cavad xan” filminin çəkilişinə dəvət alan Şaiq Məmmədov burada qədim Gəncə müdafiəçilərinin geydikləri bəzi geyimləri hazırlamış və bununla da ekran əsərinin baxımlılığına öz tövhəsini vermiş olmuşdur. Əgər sənətkarın filmlə bağlı işlərini xatırlamaılı olsaq, onda burada dəbilqə, sinəlik, dizlik, çiyinlik, qolçaq və qılçalığın (hamısı 2007) adlarını çəkə bilərik. Elə filmdə əsərin baş qəhrəmanı Cavad xanın əynində olan geyimlər də məhz Şaiq Məmmədovun böyük sənətkarlıqla yaratdığı nümunələrdir.

İstifadə olunan materiallar:“Sənətkar ömrü” kitabı

 

 

 

 

 

374 Baxış

İncəsənət

Comments are disabled.