Rəssam Şəhla Nəzərovanı sizdə tanıyın – FOTOPosted by on


Dekorativ-tətbiqi incəsənətin bir növü olan  bədii tikmələrin tarixi çox qədimdir. Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, metal pilək, qızıl və gümüş tellər hətta qiymətli daş-qaş və digər bədii materiallar daxildir. Bir zamanlar çox dəyərli sayılan bu nümunələr nəsildən-nəsilə keçərək günümüzədək gəlib çıxıb.

Günümüzdə bədii tikmə sənət növünə yeni nəfəs verən rəssam Şəhla Nəzərovanı sizdə tanıyın.

Məlumat üçün bildirək ki, Şəhla xanımın xobbisi bədii tikmədir. O, ənənəvi bədii tikmə sənətində daha irəli gedərək, sox saylı portiret,  natürmort, mənzərə və s. sənət əsərlərinin müəllifidir.

Şəhla Nəzərova 1986-cı ildə Gəncə şəhərində döğulub. 2 saylı şəhər məktəbini, daha sonra Gəncə Uşaq Rəssamlıq məktəbini bitirib.

Ş.Nəzərova Bakı Rəssamlıq Akademiyasının reklamçı-dizayner ixtisasına daxil olub, 2004-2008-ci illərdə bakalavr pilləsində oxuduqdan sonra, 2012-ci ildə magistatura təhsili alıb. Hal-hazırda Gəncə Dövlət Regional Kollecində dizayn üzrə müəllimə işləyir.

Şəhla Nəzərova deyir: “Artıq 20 ilə yaxındır ki, bədii tikmə sənətilə məşğulam. İşlərimin təkmilləşməsi üzərində çox çalışdım, daim yeniliklər axtarışında olduğum üçün həttda Çinə də səfər etdim, sənət sirlərinə yiyələndim. Çində ipək saplarla işləmələr daha məşhur və ənənəvidir. Hal-hazırda öz işlərimdə respublikamıza kənardan sifarişlə gətirilən ipək və diğər bahalı saplardan istifadə edirəm.”

“Mütamadi olar bədii tikmə sənəti üzrə sərgilərə dəvət alıram. Nümayişlər zamanı əsərlərimin öz auditoriyası olduğu kimi, bu işlə yaxından maraqlananlar da çox olur.Sertifikat və diplomlarla təltif olunmuşam. Bidiyiniz kimi, əl işləri gec ərsəyə gəlir. Əl işlərimin arasında ən tez ərsəyə gələn portireti iki aya tamamlamışam. Sifarişlərim də olur. Bu sifarişlər sırasında üstünlük  təşkil edən insan portiretlərdir. Adi vaxtlarda daha çox xarici vətəndaşlar sənət əsərlərim ilə maraqlanır və müştəri olurlar” deyə xanım rəssam sonda vurğuladı.  

 

446 Baxış

İncəsənət

Comments are disabled.