Nizami Gəncəvinin “Xosrov və Şirin” əsəri ilə bağlı yeni əlyazma çap olunubPosted by on


Bu günlərdə “Elm” nəşriyyatında nəfis şəkildə hazırlanmış “Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının şərhi və lüğət (anonim əlyazma)” adlı kitab işıq üzü görüb.

Butajurnal.com xəbər verir ki, kitab Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının müvafiq qərarı ilə nəşr olunub. Nizaminin “Xosrov və Şirin” poeması ilə bağlı, müəllifi bəlli olmayan, təqribən XX əsrin 30-40-cı illərinə aid əlyazmanı transliterasiya edərək geniş ön söz və alt yazılarla nəşrə hazırlayan həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.

Kitaba əlavə olunan “Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması haqqında anonim əlyazma” başlıqlı ön sözdə Əzizağa Nəcəfzadə əlyazmanın qələmə alınma tarixi, əsərin yazılma səbəbləri,təxmini müəllifi haqqında apardığı elmi araşdırmanın nəticələrini açıqlayır və əsərin Azərbaycan nizamişünaslığındakı yeri haqqındaməlumat verir. Ön sözdən öyrənirik ki, əlyazma Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının Rəsul Rza tərəfindən edilən bədii tərcüməsinin ilk variantına yazılan şərhlərdən biridir. Kitab poemaya yazılan şərh, əsərdəki tarixi, əfsanəvi adlar və coğrafi terminlərin izahı, çətin anlaşılan sözlərin lüğətiolmaqla üç mühüm hissədən ibarətdir.

Qeyd edək ki, kitabın elmi redaktoru AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova, rəyçisi Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Çap kitablarının tədqiqi” şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru Tahirə Həsənzadədir.

168 Baxış

Cəmiyyət

Comments are disabled.