Metalda həkk olunmuş gözəllik-FOTOPosted by on


Əsrarəngiz gözəlliyi ilə insanı valeh edən,qəhrəmanlıq möhrünü öz şanlı tarixinə vurmuş, şeir-sənət beşiyi olan qədim Gəncədə dünyaya göz açan, Azərbaycan Respublikasının əməkdar rəssamı Mübariz Əkbərov nəinki ölkəmizdə, habelə onun hüdudlarıından da kənarda tanınan ünlü şəxsiyyətdir.

1971-ci ildə Gəncə rəssamlıq məktəbini bitirmişdir. 1975-ci ildə Mübariz Əkbərov incəsənət sahəsindəki biliyini mükəmməlləşdirmək məqsədilə Gəncə Pedaqoji Texnikumunun rəssamlıq fakültəsini bitirmişdir. 1985-ci ildən M.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlı fakültəsinin məzunundur. Burada oxuduğu illər ərzində Şərq və Azərbaycan xalçasının, eləcə də dekorativ-tətbiqi sənətin elm sahəsi kimi öyrənilib dünya miqyasında tanınmasında Azərbaycan xalq rəssamı Lətif Kərimov, Mübariz Əkbərovun müəllimi kimi mühüm rol oynamışdır. Bununla əlaqədar olaraq, anadan olmasının 110 illiyi münasibətilə Lətif Kərimov ili elan edilən bir dövrdə Azərbaycan Xalça Muzeyində Mübariz Əkbərovun dekorativ-tətbiqi sənət nümunələrindən ibarət “Metalda həkk olunmuş gözəllik”adlı sərgisi nümaiş olunur. Sərgi muzeydə keçirilən “I Beynəlxalq Türk dünyasının ortaq dili naxışlar” adlı simpozium ərəfəsində təşkil edilib. Həmçinin burada Lətif Kərimovun əvvələr nümayiş olunmayan müəllif eskizləri də nümayiş olunub.

Rəssamın qılınc-xəncər ustadı olaraq barmaqlarının nəvazişilə polad üzərindəki nəfis naxışlarla Azərbaycanımızın milli-mənəvi dəyərləri, tarixi-mədəni irsi həyat yoluna vəsiqə alır. Əsirlərin süzgəcindən başıucalıqla çıxan qəhrəmanlıq salnamələri Mübariz Əkbərovun yaradıcılığında sanki canlanır, yaşlı nəslin nümayəndələrini xatirələr öz ağşuna alır, cavan nəsil isə döyüşə, torpaqlarımızın özünümüdafiəsinə, şanlı tariximizdə yeni salnamələr yazmağa səsləyir.

Mübariz Əkbərovun yaratdığı sənət nümunələri təkcə forma və işlənmə texnikasının nəfisliyi ilə deyil, eyni zamanda zərifliyi ilə göz oxşayır. Onun işlətdiyi məmulatlarda müxtəlif orijinal variasiyaları yüksək bədiiliyi ilə seçilir.

Sənətkarın yaradıcılığında müxtəlif mədəniyyətlərə və dövrlərə aid olan qılınc-xəncər nümunələrini Azərbaycanın ənənəvi ornamentlərilə ustalıqla işləmişdir.

Mübariz Əkbərov bu barədə belə deyir:“Azərbaycan hərb tarixində bizim qılıncların və xəncərlərin xüsusi yeri olub. Hər xalqın öz qılıncı, xəncəri olub. Məsələn, “Qafqaz xəncəri” respublikamızın Quba, Şəki, Zaqatala və Gəncə bölgələrində geniş yayılmış silahlardan idi. “Qafqaz xəncəri”nin bir neçə növü var idi: “Dağıstan” növü enli, “Çərkəz” növü isə bir qədər nazik olur”.

Mübariz Əkbərov bədii metal sənəti ilə məşğul olarkən hiss etmişdir ki, rəssamlıqdan bəhrələnməklə sıradan çıxamaq üzrə olan qədim silahlara yeni ömür verə bilər. Bu yeni ömür isə onun sənətkar kimi tarix qarşısında vətəndaşlıq vəzifəsidir. Sənətkarın işlədiyi qılınclar dünyanın bir çox məşhur muzeylərində və fərdi kolleksiyalarında qayğı ilə qorunub saxlanılır.

Yaradıcılıq bioqrafiyası zəngin olan Mübariz Əkbərov özünün sənət nümunələri ilə Almaniya, Böyük Britaniya, Danimarka, Fransa, Rusiya və Türkiyədə təşkil olunmuş bir sıra beynəlxalq sərgilərdə iştirak etmişdir.

Döyüş silahları içərisində ərlik, qəhrəmanlıq və qeyrət atributikası kimi qəbul edilən qılınc və xəncərlərimiz yuxarıda qeyd etdiyimiz kimi şəxsi kolleksiyalarda da saxlanılır.

Xalqımızın məğrur mentalitetinə xas olan etik-mənəvi normalar, özünəməxsus davranış qaydaları azərbaycanlı kişilərə aid edilən zərgərlik nümunələrinin tipoloji azlığını izah edən faktordur. Zərgərlik örnəkləri kişilər arasında əsasən soyuq silahın tərtibatında özünü göstərirdi.

Müxtəlix yaraq-yasaq, qılınc və xəncərlər təyinatdan savayı həm də yüksək sənətkarlıq örnəkləri idi. Xəncər yaraq olmaqdan əlavə, həm də kişilərin ənənəvi üst qeyim komlektini tamamlayan dekorativ bəzək növü sayılırdı. Bu səbəbdən də onun qınının və qəbzəsinin yaraşıqlı görünməsinə xüsusi diqqət yetirilirdi. Bu baxımdan Mübariz Əkbərovun işlədiyi xəncər, qılınc qəbzələri və qınları, buynuzdan hazırladığı piyalələri, əl əsaları, döyüş libası, bel kəmərləri və s. işləmələr müxtəlifliyi və zənginliyi ilə seçilir. Onun dekorasiyalarda işlətdiyi şəbəkə texniki üsulu xalqımızın daima gözəlliyə can atmasını, dünyanın gözəllik harmoniyasını duymaq bacarığını nümayiş etdirir.

“Hər bir sənət nümunəsini arxasında həmin xalqa məxsus incəsənət dayanır” deyən Mübariz Əkbərov məşhur xalça ustası, xalq rəssamı Lətif Kərimovun ağsaqqal, müəllim xeyir-duası ilə bu gözəl sənətə yiyələnsədə, seçib davam etdirdiyi bu yolda, Azərbaycanın tətbiqi-sənət yaradıcılığı tarixində özünəməxsus dəsti-xətti ilə tanınır.

 

166 Baxış

İncəsənət

Comments are disabled.