İnsanların sağlamlığında həkimlərlə yanaşı tibb bacılarının da böyük rolu var – FOTOPosted by on


İstənilən peşədə çalışan şəxs öz işinə məsuliyyətlə yanaşmalıdır. Lakin səhiyyə sahəsində çalışanların məsuliyyəti daha artıqdır. Çünki insanlar necə deyərlər onlara canlarını etibar edir. Həkimlər yeganə şəxslərdir ki, insanlara yeni həyat bağışlayırlar. Lakin belə bir deyim də var ki, həkimi həkim edən tibb bacısıdır.

Tibb bacılarını əbəs yerə həm də şəfqət bacısı adlandırmırlar. Onlar həkimin verdiyi təyinatları yerinə yetirməklə yanaşı, həm də öz qayğılarını, şəfqətlərini göstərməklə xəstələri daha tez sağalmağa ruhlandırırlar.

Öz həyatını tibb xidmətinə həsr edib, şəfqətini əsirgəməyənlərdən biri də, Lənkəran rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən Heydərova Mənsumə Aydın qızıdır. O, hal-hazırda xəstəxananın Travmatalogiya şöbəsində növbətçi tibb bacısı işləyir.

Artıq 35 ilə yaxın tibb bacısı işləyən M. Heydərova deyir:“Kiminsə şəfa tapmasında, həyata qayıtmasında öz rolu olduğunu duymaqdan daha gözəl hiss ola bilməz”.

Uzun illər çalışdığı kollektivin rəğbətini qazanmış Mənsumə xanım öz məsuliyyətli peşəsinin vurğunudur desək heçdə yanılmarıq.

O, bu dövr ərzində müəyyən tibb kurslarını müvəfəqiyyətlə bitib və sertifikatlara layiq görülmüdür.

Bunlardan Akupunktura (iynəbatırma) və Hirudoterapiya (zəli ilə müalicə) kurslarını nümunə kimi göstərmək olar. Qonşu Gürcüstanda tibbi biliklərə yiyələnmək, M.Heydərovanın öz peşəsini sevərək daha da təkminləşdirməsinin əyani sübutu kimi dəyərləndirmək olar.

209 Baxış

Tibb

Comments are disabled.