İlk azərbaycanlı fotoqraf – Əzizbala Hacıyev kimdir?Posted by on


Sovet dövrünün (1919-1937) ilk azərbaycanlı fotoqrafı Əzizbala Məmmədəli oğlu Hacıyev 1895-ci ildə Təbriz şəhərində anadan olub.

Anası Səkinə xanım, ipək və məxmər üzərində incə işləmələrilə tanınırdı. Atası silah satmaqla məşğul idi.

Əzizbalanın atası vəfat etdikdən sonra, Hacınskiy ona himayədarlıq edir. Öz dövrünün məşhur milyonçusu Hacınskiy, Əzizbalanın atasının yaxın qohumu idi. Hacıyevlər o zaman Aşağı Dağlı məhləsində yaşayırdılar.

Əzizbala gimnaziyanı bitirdikdən sonra, qohumu Hacınskinin Bayılovda icarəyə verdiyi şəxsi mülklərində idarəçiliklə məşğul olmağa başlayır.

Onun profeissonal fotoqrafçılığı 1919-cu ilə, Sovet dövrünə təsadüf edir. İlk fotostudiyası Bazarnıy küçəsində (indiki Hüsü Hacıyev) yerləşib.

Ə. Hacıyev, 1920-ci ildə professional kino-foto işçiləri birliyinə daxil olur.

Qeyd etmək lazımdır ki, o dövrün tələbinə görə, fotoqrafçılıqla məşğul olmaq üçün yerli şəhər idarəçiliyinin xüsusi razılığını əldə etmək lazım idi.

O zaman Bakı şəhərində fəaliyyət göstərən fotoqrafların əksəriyyəti milliyyətcə yəhudi, rus və ermənilər idi. Bolşevik işğalından əvvəl isə Bakıda əsasən xaricilər bu işilə məşğul idi. Bu müddət ərzində azərbaycanlı fotoqraf demək olar ki, yox idi.

İşə başladıqdan bir müddət sonra, Əzizbala Bayılovda kiçik torpaq sahəsi alıb orada şəxsi fotostudiyasını açmağa müvəffəq olur.

Fotostudiyaya aid bütün avadanlıqları, həttda fotokağızları Almaniyadan sifariş edir.

Sonralar, Azərbaycan Respublikasının Əməkdar rəssamı Bəyim Hacızadə xatırlayırdı ki, :“Qardaşımla mən atamın kağızlarını gizlincə götürüb üzərində şəkillər çəkirdik. O isə adətən sakit və dostpərvər təbiyyətli olmasına baxmayaraq bu hərəkətimizə bərk qəzəblənirdi”

Hər fotoqrafın öz sevimli janrı olduğu kimi, Ə.Hacıyev öz işlərində ən çox sevdiyi portiret janrına üstünlük verirdi. Portiret janrı onda yaxşı alınırdı və o zaman fotostudiyanın divarlarından asılmış fotolar buna əyani sübut idi.

O, kişi və qadın, uşaq və qoca, məşhur insanları, küçədən keçən hər hansı bir insanın tək portiretini çəkməyi çox sevərdi.

                                                              Əzizbala Hacıyev və Hüseyn Cavid

Yeri gəlmişkən, Əzizbala məşhur şair Hüseyn Cavidlə dostluq edirdi. Günümüzə kimi onların birgə fotosuda qorunub saxlanılıb. Məşhur şair öz şer toplusu kitabını dostu Ə. Hacıyevə hədiyyə etmişdir.

Onların bu dostuğu zindandada davam edir. Məlum olduğu kimi, H. Cavid həbs olunmuşdu. 1937-ci ildə represiyaya məruz qalaraq həbs olunlar sırasında Əzizbalada var idi.

Öz peşə paxıllığı ucbatından Əzizbaladan danos verən milliyyətcə erməni  fotoqrafın sayəsində onu həbs edirlər. Bütün əmlakı müsadirə olunmaqla, 5 il həbs cəzası alan Əzizbala Sibirə sürgün olunur.

Güman ki, ermən donusçusu ilə bərabər yaxın dostun hədiyyəsi onun həbsində əsas rol oynayır.

Bu halda, dost hədiyyəsinin Ə. Hacıyevə necə baha başa gəldiyini düşünmək olar…

Dostlar bir kamerada oturub sevimli işləri ilə məşğul ola bilmədikləri üçün bərk darıxırdılar.

Bir dəfə Hüseyn Cavid, Əzizbaladan ona qələm verməsini xahiş edir. Qələmi alan H. Cavid kağız olmadığı üçün şerini balış üzünə yazır.

Ə. Hacıyevin xatirələrindən: “Sibirə gedən qatarda, ətrafımda cinayət aləminin başçıları var idi. Qatarda çox soyuq idi. Qatarın divarındakı dəlmə-deşiklərdən soyuq vururdu. Kriminal avtoritetlər qatarda gəzir və dustaqların əyindəkiləri soyundururdular. Niyə görəsə mənə dəymədilər. Sonradan onlardan biri mənə yaxınlaşdı. “Siz məni xatırlayırsınız?-deyə soruşdu. Amma mən sizi xatırlayıram, siz fotoqrafsınız. Mən sizin Bayılovdakı fotostudiyanızda şəkil çəkdirmişəm. Siz mənin portiretimi çox gözəl çəkmişdiniz.”

Bu adamın sayəsində qatarda Əzizbalaya toxunan olmur. Bəlkə də sağ qalmağına səbəb köhnə və razı müştərinin ona qahmar çıxmağı olur.

O, Arxangelskidəki həbs düşərgəsinə gətirilir. Burda da Əzizbalanın bəxti gətirir. Düşərgə rəisinə fotoqraf lazım olur və Əzizbala dustaqların şəkilini çəkməyə başlayır.

Həbs müddəti başa çatdıqdan sonra Bakıya qayıdan fotoqrafa şəhərdə yaşamğa icazə verilmir.

Respublikanın müxtəlif rayonlarında sərgərdan həyat keçirən Ə. Hacıyevə, tam 6 ildən sonra Bakıda yaşamaq izni verilir.

Həyatını və karyerasını məhv edən sürgünlü həbs, ona sevimli peşəsinə bir daha geri qayıtmaq şansını qazandırmır. O, Mənzi Təssərüfat Sahəsində işə düzəlir.

Beləcə sovet hakimiyyəti gözəl bir fotoqrafın həyatını məhv edir.

Ə. Hacıyev 1973-cü ildə vəfat edir.

Onun bu günümüzədək gəlib çatmış fotoları 1920-1930-ci illərə təsadüf edir.

Əslində onun qızı və Azərbaycan Foqraflar Birliyi olmasaydı fotoqrafın işləri barəsində məlumatımız olmayacaqdır.

2013-cü ildə, ölümündən sonra Əzizbala Hacıyev adına “İlk azərbaycanlı fotoqraq” mükafatı təsis olunub.

268 Baxış

Unutmadıq

Comments are disabled.