Həyatını müəllimlik peşəsinə bağlayan Namiq Bağırov – FOTOPosted by on


Hər bir insanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Məhz elə buna görə də bütün dövrlərdə və cəmiyyətlərdə müəllimlik ən şərəfli peşə sayılıb, müəllim adı daşıyanlar haqqında ən gözəl sözlər deyilib. 

Müəllim adını şərəflə daşıyan, həyatını müəllimlik peşəsinə bağlayan, ömrünün 38 ilini pedaqoji işə həsr edən ziyalılarımızdan biri də, Namiq Bağırovdur.

Bağırov Namiq Cəlil oğlu, 2 fevral 1959-cu ildə Lənkəran rayonunun Türkəkəran kəndində anadan olub. O, ilk təhsilini Türkəkəran kənd əsas məktəbində alıb.

1976-cı ildə Lənkəran şəhər I nömrəli tam orta məktəbi bitirib.

1976-cı ildə  S. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə daxil olub.

1981-ci ildə universiteti müvəffəqiyyətlə bitirən N. Bağırov elə həmin il Lənkəranın Şürük kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlayıb.

Pedaqoji fəaliyyəti dövründə, tədris etdiyi fənni şagirdlərinə dərindən mənimsətməyə çalışması və məsuliyyətli olması ilə diqqəti çəkən N. Bağırov, Baş müəllim adına layiq görülüb.

2004-cü ildə Şürük kənd tam orta məktəbin direktorudur.

Bu illər ərzində, Namiq Bağırovun rəhbərliyi və pedaqoji kollektivin əməyi sayəsində Şürük kənd tam orta məktəbi,  Lənkəran rayon məktəblərinin reytinq cədvəlində ilk onluqda yer alıb. Məktəbin şagirdləri  buraxılış imtahanlarında, ali və orta ixtisas məktəblərinə qəbulda həmişə fərqlənir. Və hər il məktəbin 10-15 şagirdi müxtəlif ali məktəblərə daxil olur.

2010-cu ildən Dövlət İmtahan Mərkəzi (DİM)  ilə əməkdaşlıq edir və hal-hazırda bu Mərkəzin riyaziyyat üzrə ekspertidir.

2010, 2012, 2014 və 2018-ci illərdə DİM-nin keçirtdiyi ali məktəblərə qəbul kampaniyasında iştirak edib.

I, IV qruplar üçün riyaziyyatdan ali məktəblərə qəbul testlərinin çeşidlənməsi və hazırlanması işini həyata keçirənlərdən biridir. DİM-nin abituriyentlərə kömək məqsədi ilə həyata keçirdiyi iki video mühazirənin müəllifidir.

2018-ci iidə keçirilən Azərbaycan müəllimlərinin XV qurultayının nümayəndəsi olmuşdur.

2019-cu ildə Lənkəran ŞTŞ tərəfindən, “Təhsil sahəsində uzun illər səmərəli fəaliyyətinə  və anadan olmasının 60 illiyi” münasibəti ilə Fəxri Fərmanla təltif olunub.

Ailəlidir. Üç övladı var.

 

 

 

288 Baxış

Təhsil

Comments are disabled.