Günay Tağıyeva: Məqsədimiz gənc musiqiçiləri tanıtmaqdır – FOTOPosted by on


“Niyə sırf bu layihənin adı “Musiqinin sehri” musiqi alətləri festivalıdır? Çünki biz hər zaman konsertlərə gedəndə oxuyan öndə olur. Lakin bizim məqsədimiz ondan ibarətdir ki, biz alətlərdə ifa edən gəncləri ictimaiyyətə tanıdaq”-Günay Tağıyeva

Tağıyeva Günay Vidadi qızı 07 aprel 1994-cü ildə doğulub

Gəncə şəhər 4 N-li orta məktəbi bitirib.

2009-ildə Gəncə şəhər Musiqi kollecinin nəzəriyyə şobəsinə gəbul olunub.

2012-ci ildə Tələbə Gənclər təşkilatın sədri fəaliyyətini yerinə yetirib.

Sədr olan zaman Gəncə şəhər İHB-sı tərəfindən Fəxri Fərmanla təltif olunub. İştirak etdiyi bir çox tədbirlərdən sertifikatlar alıb.

Kollecdə çalışdığı zaman Gəncə şəhərində keçirilən bir çox tədbirlərdə təşkilatçı olub.

“Gələcəyə körpü” adlı GHT-də lahiyə koordinatoru, GTM GHT-də sədr müavini olub.

2014-cü  ildə Bakı Dovlət Univetsitetinin Filologiya fakultəsinə gəbul olub.

2014-cü ildə bu günədək Gəncə şəhər Zərif Qayıbov adına 5 N-li musiqi məktəbində nəzəriyyə muəlliməsi kimi calişır.

2017-ci ildə Prezident yaninda Gənclər Fonduna layihələr göndərmişdir.

“Musiqinin sehri” adlı musiqi alətlərinin festivalı Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında təşkil olunan festival Gənclər Fondunun VII qrant müsabiqəsinin qalibi Günay Tağıyevanın layihəsi əsasında reallaşıb. Elə həmin ildə bu lahiyənin davamı olaraq, “Musiqi aləminə səyahət”adlı layihəni Gənclər Fonduna təqdim edib.

“Musiqi aləminə səyahət” adlı müasir musiqi lahiyəsini Məhsəti Mərkəzi və Gənclər Evində uğurla həyata keçirib.

Gəncə şəhər İHB tərəfindən 2 fevral 2017-ci il tarixində “Gənclər günü” münasibətilə Fəxri Fərmanla təltif olunub.

Hal-hazırda çalışdığı məktəbdə bir çox tədbirlərə təşkilatçılıq edib və məktəbin müdiriyyəti tərəfindən diplomla təltif olunub.

248 Baxış

Mədəniyyət

Comments are disabled.