Elm Tarixi İnstitutunun yeni saytı istifadəyə verildiPosted by on


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun saytı (www.historyofscience.az) fəaliyyətə başlayıb.

İnstitutdan Butajurnal.com-a bildirilib ki, sayt müasir tələblərə cavab verən formada və məzmunda, Azərbaycan, rus və ingilis dillərində hazırlanıb. İzləyicilər sayta daxil olmaqla institutun yaranma tarixi və fəaliyyəti haqqında ətraflı məlumat ala biləcəklər.

Xatırladaq ki, Elm Tarixi İnstitutu elm sahəsində əldə edilən uğurların daha da artırılması, Azərbaycan elminin dünya elminə inteqrasiyasının genişlənməsi və elmlər arasında əməkdaşlığın güclənməsi məqsədilə AMEA İctimai Elmlər Bölməsinin tərkibində yaradılıb.

Ötən müddət ərzində Elm Tarixi İnstitutunda maraqlı elmi faktlarla zəngin 30-dan artıq kitab nəşr olunub, məqalə və elmi yazılar dərc edilib.

 

120 Baxış

Cəmiyyət

Comments are disabled.