Cənub zonasının ilk Uşaq Musiqi Məktəbi-FOTOPosted by on


Görkəmli dramaturq Cəfər Cabbarlının adını daşıyan I nömrəli Uşaq Musiqi Məktəbi (UMM) Lənkəran şəhərində 1957-1958-ci ildən fəaliyyət göstərir.

Cənub zonasının ilk musiqi məktəbində 53 sinif otağı vardır ki, burada 439 şagird təhsil alır və  98 müəllim fəaliyyət göstərir.

Bu illər ərzində UMM-ni 4200 şagird bitirmişdir. Məzunların 475 nəfəri orta ixtisas məktəbini,  66-ya yaxın Musiqi Akademiyasını, 23 nəfəri isə İncəsənət Universitetini bitirmişdir.

Hal-hazırda onların əksəriyyəti musiqi məktəblərində müəllim kimi çalışırlar.

Məktəbdə Fortepiano, Skripka, Tar, Kamança, Balaban, Qanun, Nağara, Qarmon, Xanəndəlik şöbələri fəaliyyət göstərir.

Bu illər ərzində I nömrəli UMM-in şagirdləri Respublika və rayon əhəmiyyətli festival, müsabiqələrdə çıxış etmiş, müxtəlif yerlərə, mükafatlara layiq görülmüşlər.

2016-cı ildə Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş uşaq və yeniyetmə gənclər arasında Respublika müsabiqəsində, 2016-cı ildə Ədilə Hüseynzadənin anadan olmasının 100 illliyinə həsr edilmiş fortepiano-ansambl və müşayyət üzrə Respublika müsabiqəsində, 2016-cı ildə Qara Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər” II Respublika Elmi-ifaçılıq müsabiqəsində, 2016-cı ildə Xan Şuşinskinin anadan olmasının 115-ci illiyinə həsr olunmuş, Xan Şuşinski adına III Respublika muğam müsabiqələrində şagirdlər II və III dərəcəli Diplomlara, Fəxri Fərmanlara və Tərifnamələrə layiq görülmüşlər.

2017-ci ildə Gənc Pianoçuların III Respublika Müsabiqəsində Cavadzadə Sudanna Diplomla, Əlizadə Gülay Fəxri Fərmanla təltif edilmişlər.

2018-ci ildə Qara Qarayevin anadan olmasının 100 illiyinə həs olunmuş Pianoçuların V Respublika Elmi-ifaçılıq müsabiqəsində Cavadzadə Sudanna laureat və II dərəcəli Diplomla təltif edilmişdir.

2018-ci ildə Habil Əliyev adına II Respublika müsabiqəsində Hüseynzadə Tərlan Əli oğlu, Həbibova Məleykə Malik qızı Fəxri Fərmana layiq görülmüşlər.

Hal-hazırda məktəbdə Xalq Calğı Alətləri Orkestri, Balaban çalanlar ansamblı, Kamança çalanlar ansamblı, Qarmon çalanlar ansamblı, Xanəndələr ansamblı, Qanun çalanlar ansamblı, Nağara çalanlar ansamblı, Cənub qızlar ansamblı, Kvartetlər, məktəbin birləşmiş xoru, Folklor kollektivi fəaliyyət göstərir.

 

257 Baxış

Mədəniyyət

Comments are disabled.