BDU-da Fərid Şəfiyevlə görüş olacaqPosted by on


Aprelin 19-da, saat 12:00-da “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevlə görüş olacaq.

Layihə Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr olunub.

F.Şəfiyevlə görüş BDU-nun Tarix fakültəsində olacaq.

O, 1989-1994-cü illərdə Tarix fakültəsində təhsil alıb.

Qeyd edək ki, layihənin ilk qonağı AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov olub.

151 Baxış

Cəmiyyət

Comments are disabled.