Nizami yaradıcılığının aparıcı mövzusu insanlığa, insan əməyinə ehtiramdırPosted by on


Şərqin poeziya günəşi olaraq  yeni ədəbi məktəbin əsasını qoymuş , özündən sonra gələn sənətkarların yoluna işıq tutmuşdu.  Şairin XII-ci əsrdə söylədiyi kəlamlar bu gün də öz aktuallığını saxlayır.

Nizami əsərlərində cəmiyyətdə görmək istədiyi azadlıq, bərabərlik, ədalət, humanizmi işıqlandırmışdı.  

Bertelsin Nizami haqqında söylədiyi fikirlər bütün bəşəriyyətin şair haqqında fikirlərini özündə əks etdirir. Şairin iyirmi min beytdən ibarət divanının çox az hissəsi dövrümüzə gəlib çatmışdır. İnsan şəxsiyyətinə yüksək önəm verən şair irqi, dini ayrı seçkiliyi qətiyyətlə rədd edərək, çinli, hindli, yunan, zənci qəhrəmanlara da əsərlərində yer vermişdir.  Nizami yaradıcılığının aparıcı mövzusu insanlığa, insan əməyinə ehtiramdır.

Şairin dəqiq ölüm tarixi Gəncədən tapılmış kitabəyə əsaslanmışdır.  Kitabə üzərində yazılmışdır: “Bu Şeyx Nizaməddin İlyas İbn Yusifin qəbridir.  O, orucluq ayının 4-cü günü haqqın rəhmətinə qovuşmuşdur.”

Şairin ölüm tarixi ilə bağlı 2-ci məlumat İsgəndərnamə poemasının İqbalnamə adlı 2-ci hissəsində Platon, Aristotel, Sokrat ilə bağlı şeirə əlavə olunan beytlərdir.

     Altmış üç yaşından altı ay qədər

     Keçmişdir, istədi eyləsin səfər

     Keçmiş alimlərdən danışdı bütün

     O da onlar kimi yatacaq bir gün.

Şair fars dilində yazsa da türk təfəkkürlü olmuş, əsərlərində təsvir etdiyi bütün hadisələri doğma Azərbaycanla, Gəncə ilə əlaqələndirmişdir.

Yaxin orta şərq ədəbiyyatının didaktik poema janrinin ən qiymətli nümunəsi olan “Sirlər xəzinəsində” şair şərq ədəbiyyatında sabitləşmiş bir sıra ənənələri təkmilləşdirmişdi. Əsərdə şair atalar sözləri, zərb məsəllər və aforizmlərdən istifadə etmisdir.  Həmid Araslıya görə” Sirlər Xəzinəsində” dövrün bütün ictimai siyasi məsələləri öz əksini tapmışdır. Firdovsini müdrik bilgin adlandıran Nizami yaradıcılığına XII əsr fars şairi Fəxrəddin Əsəd Sürganinin böyük təsiri olmuşdur.  

Hind alimi Ə.A.Əhməd Nizami haqqında söyləmişdir: “Nizami Gəncəvi məsnəvi formasında yeni bir tərz ixtira etmiş və şeir yükünü nizama salmışdır.”

Nizami eyni zamanda didaktik poema janrını forma cəhətdən təkmilləşdirmişdir. Sirlər xəzinəsində şairin istifadə etdiyi zərb məsəllərdə ifadə edilən mənanı anlamaq üçün Azərbaycan xalqının adət ənənəsini bilmək şərtdir. 

Məgzini ədalət həqiqət təşkil edən “Sirlər Xəzinəsi” Nizami yaradıcılığının incilərindəndir. “Xosrov və Şirin” poeması tədqiqatçılarına həsr edilmiş əsərlər içərisində Q.Beqdqli və Q.Əliyevin əsərləri xüsusi əhəmiyyət kəsb edir.

Nizami Gəncəvi “Leyli və Məcnun” əsərini yazaraq cəmiyyətdəki ədalətsizliyi, zülmü işıqlandırmışdır.  Hər iki aşiqi ölməzlik səviyyəsinə ucaltmışdır.

 Şirvanşah Axsitanın sifarişi ilə yazılsa da hökmdar tərəfindən layiqli qiymətləndirilməməsinin səbəbi Nizaminin türkçlüyü üstün tutması idi.

 A.Kremski yazır: “Nizami əsərinin türk obrazlılığı Şirvanşah sarayının fikirləri ilə uyğun gəlməmişdir.”

Y.Bertels və A.Boldirevə görə bu əsərdə Nizami bütün yaradıcılığı boyu, işıqlandırdığı ictimai siyasi idealardan uzaqlaşmışdır. Nizaminin bu əsəri könülsüz yazmasını da bu səbəblərlə əlaqələndirmək olar. İki gəncin faciəsində ictimai-dini ziddiyətləri günahlandıran şair həm də belə ictimai mühitdə xoşbəxtliyin mümkün olmadığını da etiraf edir. Nizami bu əsərdə həm real həm məcazi obraz kimi hər iki aşiqi təsvir edir, hər iki cəhəti tam vəhdətdə birləşdirmişdirir. Əsərin əvvəlində cərəyan edən real hadisələri əsərin sonunda fəlsəfi idealarla bəzəmişdir.

Ağsunquri Əlaəddin Körpə Arslana həsr edilən “Yeddi Gözəl” əruz vəzninin xəfif bəndində yazılmışdır. Poemanı yazarkən Nizami Firdovsinin Şahnaməsini, Nizam Əl Mülkün  “Siyasətnaməsini” mənbə olaraq istifadə etmişdir. Şair əsərdə kef və əyləncə məclislərində vaxt keçirməyi sevən Sasani hökmdarı Bəhram Gurun necə getdikcə dəyişib kamilləşdiyini, saf, təmiz məhəbbətə üstünlük verməsini eyni zamanda ədalətli hökmdar olmağa çalışmasını göstərmişdir. Azərbaycanlı alim Heydər Hüseynov qeyd edir ki , “Məzarda elə bir qarışqa yoxdur ki, şiddət nişanı daşımasın”  sözləri ilə  Nizami məhz  həmin dövrdəki zülm və haqsızlığı təsvir etmişdir.    

“İsgəndərnamə”  1200-1203-ci illər arasında yazılmışdır. İki hissədən ibarət olan əsərin birinci hissəsi olan “Şərəfnamə” Atabəy Nəsrəddin Əbu Bəkr İbn Məhəmmədə, “İqbalnamə” isə Mosul hakimi Məlik İzəddinə həsr edilmişdir.  On min dörd yüz altmış beyti əhatə etməklə həcmcə ən böyük əsəridir.

Firudun bəy Köçərli qeyd edir ki , Nizami kimi fəsih, rəvan şair dünyaya az gəlir. Tarixi-romantik xüsusiyyətinə görə bu əsər epopeya adlana bilər. Əlişir Nəvainin, Səddi-isgəndəri , Əmir Xosrov Dəhləvinin, Ayineyi-isgəndəri əsərləri “İsgəndərnamə” poemasının təsviri ilə yaranmışdır. Şair poemanın birinci hissəsində İsgəndərin uşaqlığı, sərkərdəlik fəaliyyəti ilə bağlı hadisələri, ikinci hissəsində “İqbalnamə”də isə onun alimlik, peyğəmbərlik cəhətlərini təsvir etmiş, yeri gəldikdə epizodlar əlavə etməklə oxucuya əsərin məğzini açmasına yardım etmişdir. O çox ustalıqla əsərin hər iki hissəsi arasında məntiqi əlaqə yaratmışdır.

Fransız yazıçısı Lui Aradan yazır ki, Nizami bu əsərdə müasir ideyaları təbliğ etmiş, ideal dövlət təsvir edərək, ədalətsiz  hökmdarları tənqid etmişdir.

Son olaraq qeyd etmək lazımdır ki, Nizami əsərlərində olan fikirlərin hər dövr ilə uzlaşması dahi şairin yaradıcılığının əvəzolunmaz xüsusiyyətidir.

Nizami Gəncəvi məqbərəsinin elmi işçisi,

Vəfa xanım

88 Baxış

Cəmiyyət

Comments are disabled.